Azərbaycan futbolu

“Qarabağ”la çox çətin oyunumuz olacaq” – “Braqa”nın baş məşqçisi – 11metr.com

“Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyun barədə danışıb.

11metr.com xəbər verir ki, 52 yaşlı mütəxəssis vacib görüşə çıxacaqlarını bildirib:

“Çempionatda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətə baxmayaraq, irəli baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la görüşə köklənmək lazımdır. “Qarabağ”la çox çətin oyunumuz olacaq”.

Fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda gerçəkləşəcək.

11 metr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button