Azərbaycan futbolu

Kerjakov “Sabah”ın “sükanı arxasına” keçə bilər – 11metr.com

Aleksandr Kerjakov “Sabah”ın “sükanı arxasına” keçə bilər.

11metr.com xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Express” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, 41 yaşlı mütəxəssis “Sabah”la danışıqlar aparır. Onunla həmçinin Özbəkistanın bir klubu da maraqlanır. Rusiyalı məşqçi özü bir müddət əvvəl ölkə xaricindən bir klubla danışıq apardığını təsdiqləmişdi.

Kerjakovun son klubu 2023-cü ilin noyabrında ayrıldığı Serbiya “Spartak”ı olub. O, daha əvvəl “Tom”, “Nijni Novqorod”, “Karmiotissa”da və Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında fəaliyyət göstərib.

“Sabah” Murad Musayevin istefa verməsindən sonra baş məşqçisiz qalıb.

11 metr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button