Azərbaycan futbolu

“Uşaqlar toparlanıb daha yaxşı oynayacaqlar” – Adil Şükürov – 11metr.com

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

11metr.com xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“İlk növbədə dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Belə vəziyyətdə bizi tək qoymadılar. Sona kimi dəstək oldular. Oyuna gəlincə, qol epizodlarımız oldu. Vaxtında fürsətləri dəyərləndirə bilmədik. Rəqib isə əlinə düşən imkanlardan istifadə etdi. Bu oyunu unudub qarşıdakı matçlara hazırlaşmalıyıq. Çempionat uzundur. Çox işləməliyik, çalışmalıyıq. Soyunub-geyinmə otağında bunu uşaqlara izah etdim. Belə oyunların olması bizə stimul verməlidir ki, daha yaxşı hazırlaşaq. Komandaya inanıram. Uşaqlar toparlanıb daha yaxşı futbol oynayacaqlar. Penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu açıq-aşkar itələdi. 11 metrlik ilə bağlı heç bir etirazımız yoxdur. Sadəcə, bildirdik ki, baxılırsa, həmin epizoda da nəzər salınsın”.

11 metr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button