Azərbaycan futbolu

“Neftçi”nin zədəlilərindən son xəbər – 11metr.com

“Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində keçirilən qarşılaşmada zədələnən “Neftçi”nin futbolçusu Andre Şinyaşikinin durumuna aydınlıq gəlib.

11metr.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baldır əzələlərində gərilmə olan futbolçu 2 həftədən sonra məşqlərə qoşula biləcək.

Həmin matçdan əvvəl baş tutan məşq prosesində sıradan çıxan Eddi İsrafilov isə 1 həftə sonra komandaya qoşula biləcək.

Uzun müddətdir zədəli olan İvan Brkiç isə artıq fərdi hazırlaqlara start verib. Onun qısa müddətdən sonra komanda ilə məşqlərə qoşulması gözlənilir.

11 metr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button