Azərbaycan futbolu

“Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik” – “Braqa”nın futbolçusu – 11metr.com

“Braqa”nın futbolçusu Rikardo Horta UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri “Qarabağ” barədə danışıb.

11metr.com xəbər verir ki, 29 yaşlı hücumçu Portuqaliya çempionatında “Sportinq”ə böyükhesablı (0:5) məğlubiyyətə baxmayaraq, avrokuboklarda ab-havanın fərqli olduğunu bildirib: 

“Hər oyunun öz tarixçəsi var. İndi üzərimizə düşən “Sportinq”lə matçdakı səhvlərdən nəticə çıxarmaq və “Qarabağ”la görüşə köklənməkdir. Rəqibi təhlil edirik. “Qarabağ” fərqli komandadır. Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik”.

Fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

11 metr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button