Azərbaycan futbolu

“Braqa” – “Qarabağ” matçı danimarkalı hakimlərə tapşırıldı – 11metr.com

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

11metr.com xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroqa Vollenberq Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR-da niderlandlı Rob Dieperink, AVAR-da danimarkalı Yonas Hansen əyləşəcək.

Fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

11 metr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button