Azərbaycan futbolu

“Neftçi”nin potensial rəqiblərindən heç-heçə – 11metr.com

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin daha bir ilk oyunu başa çatıb.

11metr.com xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi”nin potensial rəqiblərindən olan Bosniya və Herseqovinanın “Jelezniçar” klubu Belarusun “Dinamo” (Minsk) komandasını qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qonaqlar 2:0 öndə olduqları oyunda qələbəni son dəqiqələrdə buraxılan qollarla əldən veriblər.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq. Cütün qalibi 2-ci təsnifat mərhələsində “Neftçi” ilə üz-üzə gələcək.

11 metr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button