Azərbaycan futbolu

“Neftçi”nin yeni oyunçusunun transfer detalları açıqlanıb – 11metr.com

Argentinalı futbolçu Lukas Melanonun “Neftçi”yə keçidinin detalları açıqlanıb.

11metr.com “semanariodejunin” saytına istinadən xəbər verir ki, Bakı klubu Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.

Buenos-Ayres komandası 30 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Lukas Melano yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək daha sonra rəsmi müqaviləyə qol çəkəcək. Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan hücumçu Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub.

O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

11 metr

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button